“Hidayət yolunun nuru” .

09:52 19-11-2023 189

                   Bağışlayan və rəhm edən Allahın adı ilə

 

Vidadi Hidayət,

“Hidayət yolunun nuru” .

                 Hicab qadının qəlibinin örtüyüdür,

                 Təqva qəlbin  örtüyüdür.

                                                      Tahir Hüseyn

    Hicab qadına aid olub Allah(c.c)  tərəfindən vacib buyrulmuşdur. Bu libas bədəni soyuqdan, istidən qorumaqla  yanaşı, həm də insanın abrının örtüyüdür. Təqva da örtük sayılır, ancaq qəlbin örtüyüdür. Belə ki, Allah (c.c) insanın tövbəsini qəbul etdi, günahlarını bağışladı, qəlbinə iman yazdı, qəlbini özünə tərəf çevirdi, bu nemətləri qorumaq üçün o, şəxsə  ən zəif təqva libası verir. Bayaqdan qəlb  mənəvi çılpaq  olduğu haldan, nisbətən zəif də olsa şeytandan qorunacaq örtüyü olan hala gəlir. Bu örtük, yəni təqva libası qəlbi, nəfsin vəsvəsəsindən şeytanın təsirindən azacıq da olsa qoruyur. İnsan ruhu hər göy qatın qalxdıqca Allah (c.c) tərəfindən qəlbə uyğun bir örtük təqva libası nemət olaraq verilir. Aydın olur ki, insan ruhu göy qatların yuxarı qalxdıqca qəlbi şeytanın təsirindən qoruyacaq təqva libası da  güclənir.    Sonda Allah (c.c) insana ilahi  təqva libası nəsib edir ki, bu andan sonra  qəlbə şeytanın təsiri sıfırlanır. Bundan sonra qəlb mələklərin məkanına çevrilir. Allahdan (c.c) düzgün, qəlbən diləsək O, bizi bu məqama çatdırar, İnşəallah!

 

           Ən üstün insan ədalətli insandır

                                            Tahir Hüseyn

                Xalqa, camaata zülm etməkdən çəkinmək, imkan düşəndə başqalarına edilən zülmün qarşısını almaq və hamıya öz haqqını çatdırmağa ədalət deyilir. İnsan nəfsdə olan sonu şəhvətə gətirib çıxaran meylliklərin təsirindən istəklərinə, arzularına  çatmaq üçün min bir fitnə, fəsadla başqalarının haqqını kəsməyə hazırdır. Allah (c.c) yanında insanların bir-birindən üstünlüyü malı, dövləti ilə deyil, Allaha (c.c) gedən yolda olmağı və nəfsinin paklanması  dərəcəsi ilə ölçülür.

Ədalət insanlığın meyarıdır. Yaşadığımız dünyanı deyirlər gözəllik xilas edəcək, xeyr, belə deyil, ədalət xilas edəcəkdir.Hər bir kəs yaşadığı elin, obanın, dövlətin içində  ədalətli olmağa borcludur. Allahın (c.c) istəyi budur.Mütləq ədalət sahibi Rəbbimizdir. Rəbbimizin bizə göndərdiyi öyüd, düzgün yaşayış qaydaları, yəni şəriətimiz ədalətlidir. Bu şəriətə ilk düzgün əməl edən həm imam olaraq, həm də sonuncu peyğəmbər olaraq Məhəmməd (s.ə.s)-dır. Məhəmməd (s.ə.s )  ilk ən üstün əxlaq, ən üstün  ədalətli şəxs olmuşdur. Məhz bu səbəbdən qiyamətdə, məhşərdə peyğəmbərimizin əxlaqı, ədaləti nümunə olaraq  insanların göz önünə gətiriləcəkdir.(Mizan-tərəzi qurulanda)  Ədalətin bir növü də lal ədalətdir ki, bu da insanların şəriət hökmlərinə uyğun alış-veriş zamanı satılan mala qoyulan qiymətin qeyd şərtsiz alıcı tərəfindən, dinməz ödənilməsidir.

   Heç bir insan özünün  ədalətli olub-olmasını müəyyən edə bilməz.Ədalətli olmaq üçün nəfs paklaşıb ruh kimi olmalıdır ki, insan nəfsinə uymasın. Nəfsi paklanmanın  yolu isə hidayətdir ki, əvvəli qəlbən dilək, ustada tabe və tövbədən keçir ki, Allahın (c.c) rəhmi, mərhəməti, nemətləri və  özünün zikri sayəsində Allaha yaxınlaşaraq, ruhun, cismin, nəfsin və iradəsin  Yaradanına təslim edir, saleh qul məqamına yetişir.

   Allah (c.c) buyurur:-“Mən bu cür insanın görən gözü, yeriyən ayağı, işləyən əli, danışan dili olaram.  (Üsuli-kafi , c.2, səh.352). Belə insan  Allah (c.c) nəzərində insanlar arasında ən üstün və ədalətli  insan sayılır”.

( Davamı var)