PRESPEKTİVLİ GÜLƏŞÇİ
19-22 may 2023-cü il tarixdə “Çempion” kəməri uğurunda açıq birincilikdə Bakı şəhərində sərbəst güləş növü üzrə turnirə start verilib. “Çempion” kəmərinə sahib olmaq üçün ölkəmizin ən güclü pəhləvanları bu turnirə qoşulub. Beyləqan güləş məktəbinin yetirməsi Ağazadə Nurlan Nadim oğlu da 61 kq çəki dərəcəsində bu turnirə qatılaraq bütün rəqiblərinə qalib gələrək “Çempion” kəmərinə sahib olmuşdur. Xatırladaq ki, Nurlanın məşqçi müəllimi Azərbaycanın idman ustası, sərbəst güləş üzrə dünya üçüncüsü, Avropa ikincisi İsrafilli Bəxtiyar Elman oğludur. Bəxtiyar müəllim Nurlanın prespektivli güləşçi olduğundan söz açdı. Qeyd etdi ki, Beyləqan UGŞİM-nin direktoru Misir Xudaverdiyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Anar Babanlı gənc nəslin idmanla daha yaxından məşğul olması üçün əllərindən gələni edirlər ki, gənclərimiz Avropa, dünya və beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan bayrağını zirvələrdə dalğalandırsınlar. Bunun üçün ölkəmizdə və eləcə də Beyləqanda idmançıiara hər cür şərait yaradılıb.
Sərbəst güləş üzrə “Əməkdar məşqçi” Nofəl Hüseynov da Nurlana böyük ümid bəslədiyini bildirdi. Nurlanın gələcəkdə daha böyük uğurlar qazanacağını qeyd etdi..
Bu günlərdə Nurlanla görüşüb onu bu möhtəşəm qələbə münasibəti ilə təbrik etdik. Nurlan ilk olaraq sərbəst güləş müəllimi Bəxtiyar İsrafilliyə öz minnətdarlığını bildirdi. Bildirdi ki, gərgin məşqlərin sayəsində “Çempion ” kəmərinə iayiq görüldüm. Müəllimimin etimadını doğrultmaq üçün var gücümlə təlim-məqlərdə məşqlərimi davam etdirirəm.Onu da qeyd edim ki, bu il gənclər arasında Respublika üçüncüsü olmuam.
22 noyabr 2023-cü il tarixdə sərbəst güləş üzrə böyüklər arasında keçirilən Bakı birinciliyində II yerə layiq görüldüm.Turnirdə ən güclü rəqiblərimdən bir Qasımlı Ağa idi ki, o, gənclər arasında Avropa II olub. Onunla güləşimiz ağır keçsə də 10 xal hesabı ilə rəqibimə qalib gəldim.
Nurlan Ağazadəyə gələcəkdə daha böyük yarışlarda qələbələr qazanaraq Azərbaycanın üç rəngli ay-ulduzlu bayrağını zirvələrdə dalğalandırmağı arzulayırıq. Uğurların daha çox olsun, Nurlan. Gün o, gün olsun ki, qələbə sorağın Avropa və dünya birinciklərindən gəlsin.