Tahir HÜSEYN
HİKMƏTLİ SÖZLƏR
RƏHM EDƏN ALLAHIN ADI İLƏ
*Valdeynin üzünə “ağ” olanın günü qara olar.
*Ata-ana on oğul qız böyütdü, oxutdu, evləndirdi.
On uşaq ata-ananı saxlamadı.
Qocalar evinə göndərdi.
*Toxum bitməz, əkən olmasa.
Dərd azalmaz, çəkən olmasa.
* Söz nəyə lazım nur saçan deyilsə?
Qəlb nəyə lazım sözə qapı açan deyilsə?
*Dərd dediyimiz sınaq imiş,
Canımızda qonaq imiş.
*”Ol” deməklə dünya var oldu,
Söz deməklə, gizlinlər aşkar oldu.
*”Mən” deyən çoxaldıqca,
Biz deyən azaldı.
*gözlə görünməyənlər,
Sözlə görünər!
*Sirlər gizlin qalar,
Sirlər sözlə açılar!
*Təfəkkür etdikcə açılar qəlb gözü,
İnsan kamilləşdikcə anlayar düzü.
*İnsanın təməli-“Quran”.
İnsanın elmi-“Quran”.
İnsanın helmi-“Quran”.
İnsanın əməli-“Quran”.
*Bəzən insana zərbəni yaxın bildikləri vurur,
Yad bildiyi onun arxasında durur.
*Cahillikdə bütün yollar zülmətə bürünmüş olur,
“Quran” nuru qəlbimizə endikcə hidayət yolu, insana görünmüş olur.
*Bu dünya mənzil dəyişmək üçün məkandır.
*Bu dünya insanın kamilləşməsinə təkandır.
*Allah dostları nəyə gücü çatırsa dostu üçün xərcləyəcək.
*Təmmənalı, müəmmalı dostlar,
Dostu üçün nəyə gücü çatırsa gizləyəcək.
*Qurbanlığın əti yeyilər,
Qurbanlığın hikməti deyilər.
*Münasibətlər nəfsani olduqda əksiklik olur.
*Münasibətlər ruhani olduqda yüksəklik olur.
*”Allahı zikr etdikcə qəlbimiz aram olur.”
Allahı unutduqca yediyimiz haram olur.
*Əvvəllər çox uşaqlı ailələrə həsədlə baxardılar,
İndi tək uşaqlı ailələrə həsədlə baxırlar.
*Dövlətlər, cəmiyyətlər, ailələr, ədalət üzrə qurulmayınca və idarə olunmayınca dağılmağa məhkumdur.
*Övladlar valideyn üçün xəstəlikdir, dərddir,
Bəziləri müalicə olunur, bəziləri sağalmır.
*Həm cismi xəstəliklərdən,
Həm nəfsi xəstəliklərdən.
*Yer üzündə bu qədər zəlzələlər, bu qədər sellər,
Bu qədər vulkanlar, bu qədər yanğınlar,
Bu qədər quraqlıq, susuzluq,
Bu qədər buzların əriməsi, temperaturun yüksəlməsi,
Bu qədər torpaq sürüşməsi, insanların xəstələnməsi,
Hamısı insanların nəfslərinə görə davranışlarının təbii ilahi “mükafatlarıdır.”
*Nəfslərinə görə yer kürəsini və insanları səmadan, sudan, qurudan dəhşətli silahlarla dağıtmaq istəyənlər,
Son dəfə fikirləşsinlər, dərk etsinlər kimin yaratdığın dağıtmaq istəyirlər?
*Güc zalıma qarşıdır,
Mərhəmət məzluma qarşıdır.
*Dünyada düz olanlar,
Özündən sonra iz qoyarlar.
*Kimi qurban ətinin intizarındadır,
Kimi qurban hikmətinin sorağındadır.
*Allah rizası üçün qurulan ailələr ölüncə sona çatar.
*Təmannalı qurulan ailələr,
Məhkəməyə gəlincə dona çatar.
*İrfanda olmayanların həyat tərzi,
Tufanda olanların həyat tərzinə bənzəyir.
(davamı var)