Qubada itkin düşən kişinin meyiti tapıldı

09:18 26-08-2019 477

Quba rayonu, Tüləkəran kəndi yaxınlığındakı dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.