Yeni Ramanada 25 yaşlı oğlan bıçaqlandı

03:54 30-08-2019 818

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Yeni Ramana qəsəbəsində naməlum şəxs 1994-cü il təvəllüdlü Dilanlı Bəhram Rasim oğlunun boğazını kəsərək ağır xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşsirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu