2021-ci ildə Çempionlar Liqasının final oyunu Rusiyada keçiriləcək

01:54 31-08-2019 742

2021-ci ildə Çempionlar Liqasının final oyunu Rusiyada, Sankt-Peterburqda keçiriləcək. 
 
"Associated Press" UEFA-ya istinadən xəbər verir ki, 2022-ci ildə turnirin final matçı Almaniyada, Münhendə oynanılacaq. 2023-cü ildə isə final oyununa Londondakı "Uembli" stadionu şahidlik edəcək.
 
2020/2021 mövsümü üzrə final oyununun keçiriləcəyi ölkə roluna Rusiya və Almaniya iddia edirdi. UEFA üstünlüyü Rusiyaya verdi. Beləliklə, iki il sonra keçiriləcək ÇL finalı @Qazprom-Arena@ stadionunda baş tutacaq. Bu stadion 68 min tamaşaçı üçün nəzərdə tutulub.
 
Xatırladaq ki, Avropanın əsas klub turniri 2008-ci ildə də Rusiyada - Moskvanın "Lujniki stadionunda keçirilmişdi. "Mançester Yunayted"lə oyunda "Çelsi" penaltilər silsiləsində qırmızı şeytanlara məğlub olmuşdu.