Bakıda "Lallar fabriki"ndə qanlı dava

10:54 31-08-2019 571

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə 1-ci Mədən, 18 saylı korpus, "Lallar fabriki" deyilən ərazidə baş verib.

Belə ki, Cəfərov Taleh Firudin oğlu məhəllədə keçmiş tanışı Xankişiyev Ayxan Rövşən oğlu ilə aralarında yaşanan mübahisə zəminində üzərindəki bıçaqla ona döş qəfəsinin sol nahiyəsindən xəsarət yetirib.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

Könül Cəfərli