Messi, Ronaldo və van Deyk - Onlardan biri ilin ən yaxşısı olacaq

17:36 02-09-2019 602

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) "The Best FIFA Football Awards" çərçivəsində "İlin ən yaxşı oyunçusu" adına namizədləri təqdim edib.

Qurumun saytında azarkeşlər üçün səsvermə elan olunub.

Kişi idmançılar arasında ən yaxşı oyunçu adı "Liverpul"un hollandiyalı müdafiəçisi Vircil van Deyk, "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, "Barselona" klubunun hücumçusu Lionel Messi arasında seçiləcək.

Qeyd edək ki, K.Ronaldo iki dəfə bu mükafata layiq görülüb. 34 yaşlı portuqaliyalı ardıcıl olaraq dördüncü ildir ki, namizədlər üçlüyünə düşür.

Qalibin adı sentyabrın 23-də açıqlanacaq.

Tədbir Milanda, "San Siro" stadionda keçiriləcək. 

Ötən ilin ən yaxşısı Xorvatiya yığmasının və "Real" (Madrid) komandasının yarımmüdafiəçisi Luka Modriç olub.