Binəqədidə 42 yaşlı kişini tanımadığı şəxslər döydülər

02:27 25-06-2019 40

Binəqədi rayonunda 42 yaşlı kişi döyülüb.

HerGun.Az  xəbər verir ki, hadisə 1-ci Mədən Yeni Massiv ərazisində baş verib. 1977-ci il təvəllüdlü Balakişiyev Nəriman Yediyar oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o alın nahiyəsindən xəsarət alıb. 

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol alın nahiyəsinin əzilməsi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu