Məşhur italyan mafioz həbsdən qaçdı

13:27 25-06-2019 845

İtaliyanın cənubundakı Recco Kalabriyada fəaliyyət göstərən mafiya dəstəsinin başçısı Rocco Morabiton həbsxanadan qaçıb.

Bu barədə “Hürriyet” məlumat verir.

İtaliyada 1994-cü ildən axtarışda olan mafioz 23 il sonra - 2017-ci ildə Uruqvayda qaldığı hoteldə həbs olunmuşdu.

İtaliyaya ekstradisiya edilmək üçün saxlanılan 53 yaşlı R.Morabito üç məhkum yoldaşı ilə birlikdə həbsdən qurtulmağın yolunu tapıb.

Qeyd edək ki, o, qaçaqmalçılıq və narkotik alverində günahlandırılır.