İndoneziyanın sabiq prezidenti vəfat etdi

22:18 11-09-2019 34

İndoneziyanın sabiq prezidenti Buharuddin Yusuf Habibi 85 yaşında vəfat edib. 

Xəbəri "Bloomberg" yayıb.

Sabiq prezident Cakartada yerləşən hərbi hospitalda müalicə olunurdu.

Yusuf Habibi İndoneziyanın sayca üçüncü prezidenti idi. Onun prezidentlik dövrü 21 may 1998-ci ildən 20 oktyabr 1999-cu ilədək olan müddəti əhatə edir.