“Qarabağ”dan ardıcıl dördüncü qələbə - VİDEO

23:36 15-09-2019 17

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

HerGun.Az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Əvvəlcə iki paytaxt klubu “Keşlə” və “Səbail” üz-üzə gəlib. Görüş ikincilərin üstünlüyü ilə baş çatıb- 1:2.

Turun qapanış, həm də mərkəzi oyununda isə son ölkə çempionu “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam klubu ardıcıl 4-cü qələbəsini bayram edib – 2:0.

Qeyd edək ki, ilk oyun günündə “Sumqayıt” “Zirə”yə (1:2), “Sabah” isə “Qəbələ”yə (0:1) uduzmuşdu.

Azərbaycan Premyer Liqası

IV tur

15 sentyabr

“Keşlə” – “Səbail” 1:2

Qollar: L.Frutos, 54 - M.Abbasov, 18; 31-pen.

“Qarabağ” – “Neftçi” 2:0

Qollar: M.Emreli, 31. A.Zubir, 69.