Demi Mur keçmiş həyat yoldaşının çirkin xəyanətləri haqda danışdı - FOTO

03:27 16-09-2019 894

Məşhur amerikalı aktrisa Demi Mur xatirələr kitabı yazıb və çap edib. “Daxilindən kənarda” (“İnside out”) adlı kitabda o, həyatının gizli məqamları haqqında danışıb.

Məsələn, 56 yaşlı aktrisa keçmiş həyat yoldaşı Eşton Katçerlə boşanmasına səbəb olan xəyanətləri barəsində söhbət açıb.

Eşton Katçer hər şeydən xəbərdar olduğunu bildirib və kitabın çıxmasına maneə olmayıb.

Aktyorun dostu US Weekly jurnalına açıqlamasında bildirib ki, Katçer hər bir şeyin bir gün açıqlanacağını bilirdi və buna hazır idi.

Mur həmçinin Katçerdən hamilə olduğundan və uşağı itirdiyindən bəhs edib. B zaman Katçer ona mənəvi dəstək olub.

Kitabın təqdimatı sentyabrın 24-də Nyu-Yorkda olacaq.