Tramp ABŞ-ın strateji neft ehtiyatlarını işə salmaq niyyətindədir

04:00 16-09-2019 23

ABŞ prezidenti Donald Tramp neft bazarında vəziyyəti sabitləşdirmək üçün ölkənin strateji ehtiyatlarını istifadə etməyə icazə verib. 

TASS xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri özünün “Twitter” səhifəsində bildirib.

"Səudiyyə Ərəbistanında neftin qiymətlərinə təsir edə biləcək hücumları nəzərə alaraq bazarların təchizatının normal səviyyəsini dəstəkləmək üçün lazım olarsa strateji neft ehtiyatından nefti istifadə etməyə icazə verdim", - deyə o bildirib.