Bakıda ər arvadını bıçaqladı

03:09 17-09-2019 606

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Biləcəri qəsəbəsində əri 22 yaşlı Əmiraslanova Sevil Vidadi qızına bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu