Balotelli Azərbaycan mahnısı paylaşdı: “Yandım, ay aman” - VİDEO

19:27 26-06-2019 1046

İtaliya yığmasının üzvü Mario Balotelli “Instagram” hesabında Azərbaycan mahnısı paylaşıb.

HerGun.Az xəbər verir ki, 28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanovun, ifaçısı Alicanın olan “Yandım, ay aman” mahnısını yerləşdirib. 

8,8 milyon izləyici olan M.Balotellinin bu paylaşımı azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.

Samir İsayev