Bulvarda mühafizəçini döydülər
02:00 21-09-2019 1054
Nəsimi rayonunda döyülmə faktı qeydə alınıb.
HerGun.Az xəbər verir ki, Bulvar Dəniz Vağzalının qarşısında mühafizə əməkdaşı, 1981-ci il təvəllüdlü Məmmədov Elşad Kamil oğlu naməlum şəxs tərəfindən döyülərək xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu