Husilər Səudiyyə Ərəbistanın bombalanmasını dayanadırmağı vəd etdilər

03:27 21-09-2019 826

Yəmənin şimalında hakimiyyəti ələ keçirən “Ənsar Allah” hərəkatının üzvləri pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanın bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.

RİA "Novosti” xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat “Əl-Masira” telekanalının efirində bəyan edib.

“Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik”, - deyə əl-Məşat bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.