Ermənistanda qalmaqal: qubernatorun köməkçisi polkovniki döydü

17:45 21-09-2019 844

Ermənistan Silahlı Qüvvələrin polkovnik-lentenantı Vayots Cor vilayətində bir qrup şəxsin hücumuna məruz qalıb.

“Sputnik Ermənistan” xəbər verir ki, hərbçiyə vilayət qubernatorunun köməkçisi Arutyun Qriqoryan və adamları tərəfindən müxtəlif bədən xəsarətləri yetirilib. 

Xəstəxanaya çatdırılan polkovnikin vəziyyətinin ağır olduğu bildirilib. Faktı Ermənistan Müdafiə naziri David Tonoyan da təsdiqləyib. O, polkovnikin yaşamaq şansının az olduğunu əlavə edib. 

Bəzi mənbələrdə hadisədə vinayət qubernatoru Trdat Sarkisyanın da əlinin olduğu bildirilib. 

A.Qriqoryan həbs edilib. Hadisənin səbəbləri ictimaiyyətə açıqlanmır.