Alimlər kometanın üstündə “tullanan” daşlar tapdılar
04:27 22-09-2019 950
Astronomlar “67P/Churyumov-Gerasimenko” kometasının Rosetta zondu ilə çəkilmiş şəkillərində tullanan qəribə daşlar aşkar ediblər.
“Xronika.info”nun verdiyi məlumata əsasən, süxurdan böyük parçalar qopub səth üzərində hərəkət edirdilər.
Bu, toz və daşların kosmosa atılmasına gətirib çıxarır. Lakin onların bir hissəsi kometa qalır və “tullanır”.
Alimlər 230 tonluq süxur parçasının 50 metr hündürlükdən düşdüyünü və sonra səth üzərində “tullandığını” müəyyən ediblər.
Alimlərin fikrincə, kometanın sıxlığı buz və ya daşdan daha azdır. Kometanın qravitasiyası isə Yerdən on min dəfə zəifdir.