Emil yenə qol buraxmadı, komandası qalib gəldi

17:45 22-09-2019 439

Qazaxıstan çempionatında XXVII turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” da növbəti matçını keçirib.

Kustanay təmsilçisi səfərdə Karaqanda “Şaxtyor”u ilə üz-üzə gəlib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ənənəvi olaraq qarşılaşmaya start heyətində başlayan Balayev 90 dəqiqə qapısının toxunulmazlığını qoruya bilib.