Məhkəmə sistemində də maaşlar artırılacaq

12:27 27-06-2019 590

Prezident İlham Əliyev bir çox sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində də maaşların artırılmasına diqqət yetirir.

Bu barədə HerGun.Az-a Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O qeyd edib ki, bu da məhkəmə-hüquq sistemində korrupsiya hallarının qarşısını almaq baxımından kifayət qədər müsbət addımdır:

“Bu sistemdə çalışan şəxslər Prezident İlham Əliyevin bu humanist addımını nəzərə almalı, neqativ halların aradan qaldırılmasına çalışmalıdırlar. Məhkəmə sistemində təyin edilən maaşla həmin şəxslər çox rahat şəkildə dolanışıqlarını təmin edə bilərlər.

Hər kəs başa düşməlidir ki, ölkə başçısının bu addımı məhkəmə-hüquq sistemində korrupsiya hallarının tamamilə aradan qaldırılmasına və şəffaflığın artrılmasına yönəlib”.

Könül Cəfərli