Trampdan Çinə BİRJA zərbəsi

03:00 28-09-2019 396

Çin şirkətləri ABŞ-ın fond hərraclarının siyahısından çıxarıla bilərlər.

Bu barədə “Bloomberg” yazır.

Nəşrin məlumatına görə, belə bir qərarı Çin mallarına rüsum tətbiq etməklə Pekini ticari müharibəyə çəkən ABŞ prezidenti Donald Tramp verməyi planlaşdırır. 

Məlumat Çin hökumətinin özünün maliyyə bazarlarına xarici investisiyalara qadağaları götürdüyünü bildirdikdən sonra yayılıb.

Analitiklər ABŞ-ın  planlarının iki nəhəng ölkə arasındakı mübahisəni daha da kəskinləşdirəcəyindən ehtiyat edirlər.