Həbib Nurməhəmmədov: Növbəti döyüşüm Rusiyada keçirilə bilər

10:27 29-09-2019 567

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.

Həbib daha sonra bildirib ki, növbəti döyüşünü Rusiyada da keçirə bilər.

Nurməhəmmədov “Instagram” hesabında yazıb: “Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”.

Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə  yüngül çəkidə çempion titulunu qazanmışdı.