Gəncədə idman avtomobillərinin şousu keçirilib - FOTO

19:45 29-09-2019 67

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” idman avtomobillərinin yarışı və şousu keçirilib.

HerGun.Az xəbər verir ki, Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunun “V1 Challange Gəncə” yarışında “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edib.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Nayl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fontiyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

“Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.

Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.

Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçiriləcək.

Bu tədbirlər çərşivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsiyinə həsr olunan təlimlər təşkil olunacaq.

Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq.

İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.