Qaçqınlar qiyam qaldırdılar: işə xüsusi təyinatlılar müdaxilə etdi

05:18 30-09-2019 530

Yunanıstanın Lesbos adasındakı “Moria” qaçqın düşərgəsində kütləvi iğtişaşlar baş verib.

RİA Novosti” xəbər verir ki, paytaxt Afinadan qiyamı yatırtmaq üçün xüsusi təyinatlı polis dəstəsi göndərilib.

Qaçqınlar adadan Yunanıstanın qitə hissəsinə köçürülməsini tələb ediblər. Bunu tezləşdirmək üçün miqrantlar yaşayış konteynerlərinə od vurublar, yanğını aradan qaldırmağa gələn yanğınsöndürənlərə isə hücum ediblər.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və işıq-səsli qranatlardan istifadə edib.

Konteynerlərin yanması nəticəsində iki nəfər həyatını itirib, daha 5 nəfər xəsarət alıb.