Ukraynalı şahmatçı məğlubiyətdən qəzəblənib rəqibini öldürdü

07:00 03-10-2019 673

Lvovda (Ukrayna) 33 yaşlı kişi dəfələrlə şahmat oynadığı təqaüdçünü öldürüb.

Polisin məlumatına görə, kişi 82 yaşlı qonşusu ilə şahmat oynadığı zaman mübahisə edib.

Uduzduğundan qəzəblənərək o çəkicə əl atıb və təqaüdçünün başına bir neçə zərbə endirib. Qoca yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.