“Bakı Metropoliteni” üçün ən çox kadr hazırlayan universitet açıqlandı

12:27 03-10-2019 382

“Bakı Metropoliteni” üçün ən çox kadr hazırlayan universitet Memarllıq və İnşaat Universitetidir.

HerGun.Az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin açılışında iştirak edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Nazirlik peşə təhsilinə xüsusi diqqət göstərir:

“Bu günə Memarlıq və İnşaat Universiteti bakalavr və magistr pilləsi üzrə “Bakı Meteopoliteni” üçün 2000-dən artıq ixtisaslı kadr hazırlayıb".

Nazir onu da qeyd edib ki, qarşıdakı illərdə də Təhsil Nazirliyi ilə “Bakı Metropoliteni” QSC arasındakı əməkdaşlıq qarşılıqlı şəkildə inkişaf etdiriləcək:

“Biz bəzi ixtisaslar üçün müvafiq fənlər üzrə ixtisaslaşma məsələsində “Bakı Meteopoliteni” ilə əməkdaşlıq etmək istəyirik. Bu istiqamətdə də təbii ki, təlim məsələlərində onların mütəxəssislərindən istifadə edəcəyik".

Könül Cəfərli