Bakıda 31 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət aldı

05:54 04-10-2019 395

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Cavadxan küçəsində 1988-ci il təvəllüdlü İbrahimov Məhərrəm Asif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona kürəyin və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. ziyyəti orta-ağır dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu