Yaponiyada güclü zəlzələ baş verib

06:09 17-06-2019 731

Yaponiyanın Xonsyu adasında 5,2 bal gücündə zəlzələ olub.

TASS xəbər verir ki, zəlzələnin episentri İbraki prefekturasında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların maksimum gücünü İbraki prefekturası sakinləri hiss edib. Sunami təhlükəsi yoxdur.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Təkanlar qonşu Miyaqi, Tiba və Totiqi vilayyətlərində də hiss olunub.