Samuxda avtomobil aşdı – Xəsarət alanlar var

08:36 05-10-2019 909

Samux rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Köbər kəndində baş verib.

Bildirilir ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "VAZ" markalı digər avtomobillə toqquşub və sonra yol kənarına aşıb. 

Hadisə nəticəsində 2 nəfər - Rafiq Qasımov və Rüstəm Mustafayev xəsarət alıblar. 

Yaralılar xəstəxanaya çatdırılıblar .

Faktla bağlı araşdırma aparılır.