Gəlin ölmüş atasının külü ilə manikür etdi

11:45 06-10-2019 11

İngiltərəli gəlin Şarlotta Uolton toyu üçün uzatdığı dırnaqlarına material olaraq ölmüş atasının külündən istifadə edib.

Bu barədə “The Sun” məlumat verib.

Uolton atası Mik Barberin toyunda iştirak etməsini arzulayıb. Lakin atası aprel ayında xərçəng xəstəliyindən vəfat edib.

Qızın qohumu ona atasının külündən manikür vasitəsi kimi istifadə etməyi məsləhət görüb. Uolton bu ideyanı bəyənib. O, atasının külünü akril kirşanına əlavə edərək ondan dırnaqlarını uzatmaq üçün istifadə edib.

Uoltonun sözlərinə görə, onda elə bir hiss olub ki, sanki atası əllərindən tutub. Toy günü bacardıqları kimi yaxın ola biliblər.