Hollivud 2 yeni “Matrix” üzərində işləyir

04:45 07-10-2019 615

ABŞ-ın “Warner Bros. Picture Group” kino şirkəti "Matrix" filminin davamı və əvvəli üzərində işləyir.

Bu barədə ssenarist Zak Penn ozünün Twitter səhifəsində bildirib.

“İnsanlar tez-tez soruşur və mən aydınlıq gətirmək istəyirəm: “Warner Bros” eyni zamanda iki fərqli film hazırlayır”, - deyə o ssenarist bildirib.

Pennın sözlərinə görə, o prikvel (hadisələrin əvvəli) üzərində işləyir, rejissor Lana Vaçovski isə sikvel (hadisələrin davamı) hazırlayır.

Daha əvvəl məlum olub ki, kinoşirkət məşhur “Matrix”i yenidən canlandırmaq qərarına gəlib. 2020-ci ildə çəkilişləri başlanacaq filmin baş rollarında yenidən Kianu Rivz və Kerri-Enn Moss çəkiləcək.