Bakıda 32 yaşlı kişi döyülüb
01:09 08-10-2019 624
Xəzər rayonunda döyülmə faktı qeydə alınıb.
Buzovna qəsəbəsində mübahisə zəmnində 2 nəfər arasında dava baş verib. Nəticədə 32 yaşlı Rəcəbov Vəlican Etibar oğlu döyülərək xəsarət alıb. Digər şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin və üzün əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu