“Binə” Ticarət Mərkəzində yanğın baş verib - FOTO

01:45 08-10-2019 410

Qaradağ rayonunda, “Binə” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Yanğın ticarət mərkəzinin “Elit” hissəsində başlayıb, daha sonra xeyli əraziyə keçib. Üçüncü sıradan başlayan yanğın paltar bölümünü külə döndərib.

Əraziyə dərhal FHN-in Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib.