Bakıda 2 avtomobil toqquşdu, 4 nəfər yaralandı

02:54 08-10-2019 455

Suraxanı rayonu ərazisində, aeroport yolunda 2 avtomobilin toqquşması zamanı 4 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, şossedə yüksək sürətlə hərəkətdə olan 2 minik avtomobilinin toqquşması zamanı 14 yaşlı Həsənov Mehdi Zaur oğlu, Baxşəliyev Fərid Məharət oğlu, 1984-cü il təvəllüdlü Mehdiyev Rövşən Habil oğlu və İsmayıl adlı şəxs xəsarət alıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu