Milli Məclis bu gün yeni Baş nazir seçəcək - TƏCİLİ

09:45 08-10-2019 441

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

Aqşin Kərimov