Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

07:45 17-06-2019 762

Venesuelada yol qəzası nəticəsində ən azı 16 nəfər həlak olub.
 
TASS xəbər verir ki, 30 yaxın yaralı xəstəxanaya çatdırılıb. 
 
Hadisə San Kristobal şəhərindən Marakaybo şəhəri istiqamətində gedən yolda baş verib. 
 
Sərnişin avtobusununun hərəkətdə olan zaman şini partlayıb və o idarəetməni itirərək aşıb.
 
Hadisə yerində aidiyyatı qurumlar iş aparır.