Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

20:09 28-06-2019 759

Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

HerGun.Az xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib. 

Bu gün həmçinin Elmira Qəmbərova final, Alyona Kolesnik və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.