Binəqədi, Nəsimi və Yasamalda üç nəfər döyüldü: biri qadındır

04:18 09-10-2019 817

Bakıda bir gecədə üç döyülmə faktı qeydə alınıb. 

HerGun.Az xəbər verir ki, ilk hal Binəqədi rayonunda baş verib.  

Belə ki, 53 yaşlı Şıxməmmədov Rafiq Rəhman oğlu “Zəngəzur” şadlıq sarayının arxasında döyülərək ağır xəsarət alıb.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, başın və üzün əzilmiş yarası diaqnozu qoyulub. 

Nəsimi rayonunda isə ailə münaqişəsi zəmnində döyülmə hadisəsi olub.  

Hadisə Abbas Səhhər küçəsində qeydə alınıb. Belə ki, kişi həyat yoldaşı, 44 yaşlı Abbasova Nəzirə Ağagül qızını döyərək ağır xəsarət yetirib.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, üzün və alının əzilmiş yarası diaqnozu qoyulub.  

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Növbəti döyülmə faktı Yasamal rayonunda baş verib.  

Belə ki, 1992-ci il təvəllüdlü Qasımov Əmrah Pənah oğlu “İdeal” restoranının yaxınlığında döyülərək ağır xəsarət alıb.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.  

Hər üç faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli, Elşad Mətləboğlu