Türkiyədə qanunsuz miqrantları daşıyan azərbaycanlı ələ keçdi
09:27 11-10-2019 500
Türkiyədə - İzmirin Seferihisar rayonunda yelkənli qayıqda qanunsuz miqrantların daşınmasını təşkil edən azərbaycanlı saxlanılıb.
HerGun.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həmin azərbaycanlı aralarında qadın və uşaqların da olduğu 52 qanunsuz miqrantı daşıyıb.
Bildirilir ki, həmin miqrantların hamısı əfqandır.
Aqşin Kərimov