Dünyanın ən bahalı futbol klubu məlum oldu

01:30 14-06-2018 44

İngiltərənin “Mançester Yunayted” futbol klubu “Forbes” nəşrinin versiyasına görə dünyanın ən bahalı futbol klublarının reytinqinə başçılıq edir.

HerGun.Az xəbər verir ki, bu haqda nəşrin saytında məlumat yayılıb.

“Qırmızı şeytanların” qiyməti 4,123 milyard dollara yaxındır. Klub ötən il də “Forbes” versiyasına görə ən bahalı klub seçilmişdi (3,69 milyard dollar).

Reytinq cədvəlində ikinci yerdə “Real Madrid” (4,08 milyard) gəlir. İlk üçlüyü isə Kataloniya təmsilçisi “Barselona” klubu tamamlayır (4,06 milyard).

F.M.