Türkiyədə AKP-yə silahlı hücum: ölən və yaralılar var

20:45 14-06-2018 5
loading...

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

HerGun.Az  CNN Türk-ə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.  

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.