Tramp Krım barəsində: Mən buna icazə verməzdim

17:06 12-07-2018 16

Sələfi Barak Obamanın prezidentliyi dövründə baş verən Krımla bağlı baş verən hadisə ABŞ prezidenti Donald Trampın xoşuna gəlmir. 

HerGun.Az xəbər verir ki, bu sözləri amerikalı lider Brüsseldə NATO sammiti zamanı keçirdiyi mətbuat konfransı zamanı deyib. 

“Mən bu posta gəlməmişdən prezident Obama bunun baş verməsinə icazə verdi. Bu onun növbəsində baş verdi”, - o deyib. 

“Mən buna icazə verərdim? Xeyr, icazə verməzdim. Ancaq o icazə verdi. Bu onun qərarıdır”, - siyasətçi əlavə edib.