Castindən sonra Selena da özünə sevgili tapdı - FOTO

11:10 13-07-2018 5
loading...

Ötən həftə kanadalı müğənni Castin Biberin model Heyli Bolduinlə nişanlanmasından sonra insanlar fikrini Biberin illərdir küsüb-barışdığı sevgilisi Selena Qomezə yönəltmişdi.

HerGun.Az xəbər verir ki, bu hadisədən sonra Selenanın yaxın rəfiqəsinin qardaşı Keyleb Stivenslə sevgili olması xəbərləri yayılıb.

25 yaşlı müğənni Stivenslə eyni məkandan çıxarkən görüntülənib. Cütlük Nyu Yorkda lüks bir evdən çıxaraq eyni avtomobilə miniblər.

Ötən ay məzun olan Keyleb 17 yaşındadır. Stivens daha öncə də “Instagram” hesabında Qomezin yaxta tətilindəki görüntülərini paylaşmış və Teylor Sviftin konsertində görüntülənmişdi.

Pərviz Hüseyn