“Formula 1”in keçirilmə vaxtı bilindi

15:05 13-07-2018 4
loading...

“Formula 1” Azərbaycan Qran Prisinin gələn il keçirilmə vaxtı müəyyənləşib.

HerGun.Az xəbər verir ki, bu yarış 2019-cu ilin aprelin 28-də keçiriləcək.

Ümumiyyətlə, gələn il keçiriləcək yeni mövsüm Avstraliyada martın 17-də start götürəcək. Yarış dekabrın 1-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə yekunlaşacaq. 

Qeyd edək ki, Bakıda keçiriləcək mərhələ dördüncü olacaq.

Səbuhi MUSAYEV