Daşkəsəndə qonşu qonşunu daşla döydü - Suya görə
11:18 11-07-2019 534
Daşkəsəndə qonşular arasında dava xəsarətlə nəticələnib.
HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alaxancal kəndində qeydə alınıb.
Qonşular arasında su xətti üstündə yaranan mübahisə zamanı 1981-ci il təvəllüdlü Rüstəm Bayramov qonşusu tərəfindən daşla döyülüb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev