Sərnişin təyyarəsi 11 min metr hündürlükdə “burulma”ya düşdü – FOTO/VİDEO

05:00 12-07-2019 4

“Air Canada” aviaşirkətinə məxsus təyyarə Vankuver-Sidney reysi zamanı fövqəladə hadisə ilə üzləşib qəza enişi etdi.

Daily Telegraph” xəbər verir ki, Boeing 777-200 təyyarəsi Havayi adaları üzərində uçan zaman hava cərəyanında burulmaya düşüb.

Nəticədə 269 sərnişindən 35 nəfəri müxtəlif xəsarətlər alıb.

Bu zaman hava gəmisi 11 min metr hündürlükdə olub.

Sərnişinlərdən birinin dediyinə görə, təyyarədə hər şey bir an içində baş verdi:

“Bir saniyənin içində hamı göyə atıldı. Təhlükəsizlik kəmərini taxmayan sərnişinlər baqaj rəflərinə bərk çırpıldı”.   

Hadisədən sonra pilotlar təyyarəni Havay adalarındakı Honolulu hava limanında təcili enməyə məcbur olublar. Burada xəsarət alanlara lazımi tibbi yardım göstərilib.