Ticarət tərəfdaşlarımızın son 10 günə olan valyuta məzənnələri

09:40 11-08-2018 7
loading...

Son 10 gündə Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarında sərt düşüş yaşanıb.

HerGun.Az “Bloomberg”ə istinadən xəbər verir ki, göstərilən dövrdə türk lirəsi 19, rus rublu 6 faiz ucuzlaşıb. 

Eləcə də, Qazaxıstan təngəsi 2,4, Gürcüstan larisi 0,8, Avropa Birliyinin vahid valyutası  2,3, Çin yuanı 0,4, Ukrayna qriveni 1,2, Hindistan rupisi 0,6 , Kanada dolları 0,8 faiz dəyərdən düşüb. 

Məlumat üçün bildirək ki, yanvar-iyul aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 24,79%-i), Türkiyə (7,98%), İsrail (7,55%), Hindistan (5,3%), Tayvan (4,74%), İndoneziya (4,3%) və Kanada (4,01%), əsas idxal əməliyyatlarını isə Rusiya (15,88%), Türkiyə (15,27%), Çin (10,15%), Almaniya (6,65%), ABŞ (4,89%) və Ukrayna (4,07%) ilə həyata keçirib.

L.Ə.