Aktauda “Xəzər beşliyi” ölkələri başçılarının görüşü başladı

13:40 12-08-2018 4
loading...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın dövlət başçılarının görüşü başlayıb.

HerGun.Az xəbər verir ki, görüşün yekunu olaraq üzərində 22 il iş aparılan tarixi sənəd – Xəzər dənizin statusu haqqında Konvensiya imzalanacaq.

Görüş Aktaunun Dostluq sarayında keçirilir və 1,5 saat davam edəcəyi gözlənilir. Daha sonra sənədlərin imzalanması mərasimi baş tutacaq. 

Sammitdə dövlət başçıları həmçinin “Xəzər beşliyi” çərçivəsində bu formatda növbəti görüşə qədər inkişaf prioritetlərini müzakirə edəcəklər.